İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Bizi izləyin

Dünya

İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”

İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”

İsrailin müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlama verib.

Publika.az xəbər verir ki, Katz “X” hesabında Ərdoğanı Suriyada “təhlükəli macəralara” sürükləməkdə ittiham edib.

“Ərdoğan üçün ən yaxşısı Türkiyə parlamentində İsrailə qarşı xəyali və boş çıxışlar etməyə davam etməsi və İsrailin özünü müdafiə etmək əzmini sınağa çəkməməsidir”, - deyə Katz bildirib.

İsrail müxalifəti isə hökumətin Türkiyə ilə gərginliyi artırmasını tənqid edib. Keçmiş baş nazir Ehud Barak Netanyahu ilə Ankara arasındakı qarşıdurmanın “məsuliyyətsiz” olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm