İdman
Roberto Karlos İslamı qəbul edib? – Həyat yoldaşımın namaz qıldığını görmək…
Braziliya millisinin və “Real Madrid”in keçmiş müdafiəçisi Roberto Karlos mərakeşli Suheiyla əl-Tahiri ilə evləndikdən sonra İslamı qəbul etməsi ilə bağlı şayiələrə ilk dəfə münasibət bildirib.
Publika.az xəbər verir ki, daha əvvəl Türkiyə mediası 53 yaşlı braziliyalının San Pauloda Şeyx Cihad Həməda ilə görüşdə guya Şəhadə kəlməsini (İslamı qəbul etməsini bildirən ifadə) dediyini iddia etmişdi.
Bu məlumat türk millət vəkili Əli Şahinin şeyxin sözlərini sitat gətirməsindən sonra geniş şəkildə işıqlandırılmışdı.
Lakin Karlos özü məlumatı etibarsız adlandırıb.
“İslama dərin hörmətim var. Həyat yoldaşımın namaz qıldığını görməyimə şadam, amma mənim İslamı qəbul etməyimlə bağlı şayiələr yalandır”, – deyə keçmiş futbolçu “Okaz” nəşrinə bildirib.
Karlos həmçinin izah edib ki, toy mərasimində ailə üzvlərinin katolik ənənələri və həyat yoldaşı ilə dostlarının dini inancları nəzərə alınmaqla fərqli mərasimlər keçirilib.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
































