Dünya
NATO Avropanı Rusiya ilə birbaşa müharibəyə aparır: Moskvadan sensasion iddia
NATO-nun atdığı addımlar alyansın Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşdığını göstərir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda jurnalistlərə açıqlamasında deyib.
“Onlar işi Rusiya ilə hərbi qarşıdurmaya doğru aparırlar”, - diplomat bildirib.
Onun sözlərinə görə, bu qənaət təkcə Qərb siyasətçilərinin ayrı-ayrı bəyanatları ilə deyil, NATO daxilində qəbul edilən qərarların ümumi mənzərəsi ilə bağlıdır. Qruşko yeni hərbi proqramları, keçirilən təlimlərin xarakterini və alyansın şərq cinahında nəqliyyat infrastrukturunun inkişafını buna sübut kimi göstərib.
Diplomat bildirib ki, hərbi logistikanın genişləndirilməsi canlı qüvvə, texnika və sursatın Rusiya sərhədlərinə daha sürətlə yerləşdirilməsinə imkan yaradır. Moskva həmçinin NATO-nun çevik reaksiya qüvvələrinin sayının artırılmasını, əlavə hərbi anbarların yaradılmasını və Şərqi Avropadakı hərbi mövcudluğun gücləndirilməsini nəzərə alır.
Qruşko vurğulayıb ki, Rusiyanın NATO ölkələrinə hücum etmək üçün heç bir səbəbi, planı və ya ehtiyacı yoxdur. Onun fikrincə, Qərbin Rusiyanın mümkün hücumu ilə bağlı iddiaları hərbi xərclərin artırılmasına və Avropanın daha da silahlandırılmasına haqq qazandırmaq məqsədi daşıyır.
Müəllif: Adəm Abbaslı
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO

































