MDB
Putin Xəzər dənizinin dayazlaşmasından danışdı
Xəzər dənizinin dayazlaşması və səviyyəsinin dəyişməsi bütün Xəzəryanı dövlətlərdə narahatlıq doğurur.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Süni intellekt dünyasına səyahət" konfransında məktəblilər və tələbələrlə görüş zamanı bildirib.
"Xəzər dənizinin səviyyəsi gah enir, gah qalxır. İndi getdikcə daha çox enir. Bu, Xəzər regionunun bütün ölkələrində narahatlıq doğurur", - o qeyd edib.
Putin narahatlıq doğuran digər ekoloji amil kimi Aral dənizinin qurumasını qeyd edib və hazırda ora suyun son dərəcə yavaş qayıtdığını bildirib. O vurğulayıb ki, Xəzərin, həmçinin Aral dənizinin öyrənilməsi müasir tədqiqatçıların qarşısında duran mühüm və çox qlobal vəzifədir.
-
Magazin123:36Ülvi Həsəni pilləkəndən yıxıldı: “Allah qorudu” - VİDEO
-
İdman22:57"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçında insident: Xəsarət alan var - FOTO/VİDEO
-
Sosial22:24Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
-
ABŞ22:12Şükranlıq Günündə yarım milyondan çox amerikalı işıqsız qaldı
-
Gözəllik21:36Qışda saçlara necə qulluq edilməlidir? - Stilistdən tövsiyə
-
Hadisə21:12Azərbaycanda zəlzələ oldu
-
Region20:24İranda saxta spirtli içkidən kütləvi zəhərlənmə - Çox sayda ölən var
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi




































