““TikTok” gənclərin beynini məhv edən dəhşətli bir şeydir” - Tokayev həyəcan təbili çaldı
Bizi izləyin

MDB

““TikTok” gənclərin beynini məhv edən dəhşətli bir şeydir” - Tokayev həyəcan təbili çaldı

““TikTok” gənclərin beynini məhv edən dəhşətli bir şeydir” - Tokayev həyəcan təbili çaldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "TikTok"u beyni məhv edən sosial şəbəkə adlandırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Moskvada keçirilən "AI Journey" konfransından sonra açıqlama verib.

“Hazırda hamı smartfondan istifadə edir, lakin nədənsə onun yalnız zəng etmək, yazışmaq, nələrəsə baxmaq, bəlkə də, hansısa filmləri izləmək və "TikTok" üçün nəzərdə tutulduğunu düşünür. "TikTok" isə insan beynini, xüsusilə də gənclərin beynini məhv edən dəhşətli bir şeydir”, – deyə o bildirib.

Tokayev vurğulayıb ki, internet olduğu təqdirdə, hətta kənddə və ya aulda oturaraq da smartfon vasitəsilə pul qazanmaq mümkündür. Onun sözlərinə görə, insanlara bunu öyrətmək onları hökumətin iradəsindən asılı olmayan, qanuni yollarla öz pullarını qazanan, tam müstəqil və bacarıqlı insanlara çevirəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm