Dünya
Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
Estoniyanın müdafiə naziri Hanno Pevkur silah-sursatın tədarükü ilə bağlı aşkarlanan ciddi problemlərə görə siyasi məsuliyyəti üzərinə götürərək istefa verib.
Publika.az xəbər verir ki, bu qərarını Pevkur Estoniya Dövlət Televiziyasının (ERR) “Aktual kamera” proqramında açıqlayıb.
O, Dövlət Nəzarətinin Estoniya Müdafiə Qüvvələri və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) fəaliyyəti ilə bağlı müəyyən etdiyi nöqsanların siyasi məsuliyyətin üzərinə götürülməsini zəruri etdiyini bildirib.
“Mən bu məsuliyyəti öz üzərimə götürməyə hazıram, onu qəbul edirəm və baş nazir yeni müdafiə naziri tapmalıdır”, – deyə Pevkur bildirib.
ERR-in məlumatına əsasən, Estoniya Ukrayna üçün artilleriya mərmiləri almaq məqsədilə İtaliyada qeydiyyatdan keçmiş “Datasel S.R.L.” şirkətinə təxminən 70 milyon avro avans ödəyib.
Lakin sonradan şirkətin faktiki olaraq yalnız formal qurum olduğu və Hindistan biznes ailəsi ilə əlaqəli olduğu üzə çıxıb. Ödənilən vəsaitin hara getdiyi isə məlum deyil.
Estoniya tərəfi mərmiləri almaq əvəzinə şirkətdən dəfələrlə yeni vədlər alıb. Sursatın tədarük edilməməsindən sonra yaranan mübahisənin həlli üçün Tallin Strasburqdakı Avropa Arbitraj Məhkəməsinə müraciət edib. Məsələyə həmin məhkəmədə baxılacaq.
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb















.jpg)





.jpg)










.jpg)
