Dünya
İsrailin "gizli silah"ı üzə çıxdı: Türkiyəyə “3 min tonluq xəbərdarlıq”
İsrail mediası ölkənin yeni sualtı qayığı “INS Drakon” barədə diqqətçəkən məlumatlar yayıb.
Publika.az xəbər verir ki, “Ynet” nəşrində dərc olunan xəbərdə İsrail Hərbi Dəniz Qüvvələrinin yeni “gizli silahı” təqdim edilərkən, Türkiyənin sürətlə inkişaf edən dəniz gücünə də xüsusi diqqət çəkilib.
Məlumata görə, təxminən 3 min ton ağırlığında və 70 metr uzunluğunda olan “INS Drakon” qabaqcıl silah və kəşfiyyat sistemləri ilə təchiz ediləcək. Sualtı qayığın uzaq məsafələrdə gizli missiyalar həyata keçirmək və əvvəlki platformalarla müqayisədə daha uzun müddət fəaliyyət göstərmək imkanına malik olacağı bildirilir.
Nəşr Türkiyənin böyük ölçüdə müstəqil şəkildə inkişaf etdirdiyi güclü dəniz donanmasına diqqət çəkərək, Ankaranın dəniz sahəsini strateji aktiv kimi qiymətləndirdiyini qeyd edib. Xəbərdə Türkiyənin yerli müdafiə sənayesi hesabına artan dəniz imkanlarının İsrail tərəfindən yaxından izlənildiyi vurğulanıb.
Bildirilib ki, Türkiyə “REİS” sinifli sualtı qayıqları və “MİLGEM” çərçivəsində “İ” sinifli freqatları yerli imkanlarla inkişaf etdirir. Ankara, həmçinin milli sualtı qayıq istehsalına yönəlmiş “MİLDEN” layihəsini davam etdirir.
İsrailli rəsmilərin sözlərinə görə, Türkiyənin yerli döyüş gəmiləri, sualtı qayıqları və digər dəniz platformaları ilə imkanlarını artırması Şərqi Aralıq dənizindəki dəniz gücü balansına təsir göstərir. Məlumata görə, “INS Drakon”un İsrailə çatması təxminən 14 illik hazırlıq prosesindən sonra mümkün olub.
“Ynet” yeni platformanın dəyərinin təxminən 500 milyon avro olduğunu yazıb. İsrail istehsalı silah və kəşfiyyat sistemlərinin inteqrasiyası tamamlandıqdan sonra sualtı qayığın təxminən iki ay ərzində tam operativ vəziyyətə gətirilməsi gözlənilir.
Müəllif: Roza
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər












.jpg)






















.jpg)
.jpg)