Dünya
Kiyev və Seul arasında məxfilik qalmaqalı: Ukraynadan üzr tələb olundu
Cənubi Koreya prezident Administrasiyası Ukraynanın iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya təhvil verilməsi barədə məlumatı açıqlamasından narazıdır.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Cənubi Koreya tərəfi Ukraynadan məsələ ilə bağlı rəsmi izahat və üzr tələb edib. Prezident Administrasiyası iki ölkə arasında həmin məlumatların məxfi saxlanılması barədə razılaşmanın olduğunu bildirib.
Seulun açıqlamasında qeyd olunub ki, Ukraynanın belə bir məxfilik razılaşmasının mövcudluğunu inkar etməsi yanlış olub və iki hökumət arasında etimadı sarsıdıb.
Bundan əvvəl Cənubi Koreya prezidenti Li Ce Myon da Ukraynanın iki Şimali Koreyalı hərbi əsirin ölkəyə təhvil verilməsi barədə məlumatı açıqlamaqla məxfilik razılaşmasını pozduğunu bildirmişdi.
Ukrayna prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin isə Kiyevin Seulla belə bir razılaşmanı pozduğunu təkzib edib.
Xatırladaq ki, 2025-ci ildə Ukrayna ordusu Kursk vilayətində Rusiya tərəfində döyüşən iki Şimali Koreya hərbçisini əsir götürmüşdü. Daha sonra onlardan birinin üzərində aşkarlanan saxta hərbi biletin Rusiyanın Tuva Respublikasında yaşayan real şəxsin adına rəsmiləşdirildiyi məlum olmuşdu.
Ukrayna prezidenti Vladimir Zelenski sentyabrın 23-də BMT Baş Assambleyasındakı çıxışı zamanı iki Şimali Koreyalı əsirin Cənubi Koreyaya təhvil verildiyini açıqlayıb.
Müəllif: Adəm Abbaslı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər












.jpg)






















.jpg)
.jpg)