Dünya
Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində imzalanan saziş krallığa gələcəkdə uranı 20 faizə qədər zənginləşdirmək imkanı yarada bilər.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ Konqresinə təqdim olunan sənədə istinadən yazıb.
Saziş Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsinə birbaşa icazə vermir. Bununla belə, sənəddə bir neçə mərhələdən ibarət mexanizm nəzərdə tutulub və bu prosesin sonunda bir neçə il ərzində ölkədə zənginləşdirmə müəssisəsinin yaradılması mümkün ola bilər.
Razılaşmaya əsasən, ilk iki il ərzində ABŞ və Səudiyyə Ərəbistanı nümayəndələri uranın zənginləşdirilməsinin iqtisadi baxımdan nə dərəcədə əsaslandırıldığını qiymətləndirəcək, həmçinin nüvə silahlarının yayılmasının qarşısını almaq üçün müvafiq təhlükəsizlik tədbirlərini müəyyənləşdirəcəklər.
Tərəflər zənginləşdirmənin zəruri olduğu qənaətinə gələrsə, ABŞ şirkətləri xarici tərəfdaşlarla birlikdə uranın 5 faizə qədər zənginləşdirilməsinə imkan verən obyekt inşa edə biləcək. Daha sonrakı mərhələdə isə bu həddin 20 faizə qədər artırılması mümkün olacaq.
Nəşr qeyd edir ki, sazişin mətnində Səudiyyə Ərəbistanının İsraillə münasibətləri normallaşdırması və İbrahim sazişlərinə qoşulması şərti yer almır.
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb















.jpg)





.jpg)










.jpg)
