Dünya
Tramp bu sözlərdən sonra diksindi - Putin Alyaskada ABŞ liderinə nə deyibmiş?
Rusiya prezidenti Vladimir Putinin Ukrayna Pravoslav Kilsəsinə (UPK) qarşı təqiblərlə bağlı sözləri ABŞ prezidenti Donald Trampın Ankoricdə keçirilən görüş zamanı diksinməsinə səbəb olub.
Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda bildirib.
Lavrovun sözlərinə görə, Putin Alyaskada keçirilən görüş zamanı Trampa Vladimir Zelenski rejiminin mahiyyəti barədə danışıb.
“Ukrayna Pravoslav Kilsəsinin qadağan olunmasından söz açanda Donald Tramp buna inanmadı və sözün əsl mənasında diksindi”, - Lavrov deyib.
Nazirin sözlərinə görə, Tramp dərhal dövlət katibi Marko Rubiodan bu məlumatın həqiqətə uyğun olub-olmadığını soruşub. Rubio bunu təsdiqlədikdən sonra ABŞ prezidenti təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Vaşinqtonu Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərə göz yummamağa çağırmışdı.
Müəllif: Adəm Abbaslı
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi





























.jpg)

.jpg)