Dünya
Yunanıstandan Türkiyə ilə bağlı iddia: Son oyun yaxınlaşır
Yunanıstan mətbuatında Türkiyənin Egey dənizi və Şərqi Aralıq dənizindəki siyasəti ilə bağlı yeni iddialar gündəmə gəlib.
Publika.az xəbər verir ki, yunan professor Corc Filis “Pentapostagma”ya açıqlamasında Türkiyənin son illərdə bölgədə təsirini artırdığını və atdığı addımların daha geniş strategiyanın tərkib hissəsi olduğunu bildirib.
Filisin sözlərinə görə, Ankara indiyədək əldə etdiyi mövqeləri möhkəmləndirmək üçün yeni mərhələyə hazırlaşır. “Türkiyə son oyunun yaxınlaşdığının fərqindədir”, - deyə professor bildirib.
O, Türkiyənin “Mavi Vətən” konsepsiyası, dəniz parkları, Türkiyə-Liviya anlaşması və Meis adası məsələsinə xüsusi diqqət çəkib. Filisin fikrincə, bu addımlar yalnız ayrı-ayrı hadisələr kimi deyil, Ankaranın bölgədəki daha geniş strategiyası çərçivəsində qiymətləndirilməlidir.
Professor xüsusilə Meis adasını Şərqi Aralıq dənizində həlledici nöqtə kimi xarakterizə edib. Onun sözlərinə görə, adanın mövqeyi Türkiyə-Yunanıstan arasında dəniz səlahiyyət zonaları ilə bağlı mübahisədə mühüm əhəmiyyət daşıyır.
Filis mümkün böhran vəziyyətində Türkiyənin hərbi imkanlarının da nəzərə alınmalı olduğunu vurğulayıb. O, Yunanıstanın hava hücumundan müdafiə və ballistik raketlərə qarşı müdafiə imkanlarını gücləndirməsinin vacib olduğunu bildirib.
Yunan professor eyni zamanda Afinanı İsraillə hərbi əməkdaşlığı daha da gücləndirməyə çağırıb. “İsraillə hərbi ittifaq qurmaq məcburiyyətindəyik”, - Filis deyib.
Müəllif: Roza
-
Rəsmi xronika11:03Prezidentin ali hərbi rütbə verdiyi Nihad Şıxəliyev KİMDİR?
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb















.jpg)





.jpg)










.jpg)
