Dünya
Ukrayna üçün mərmi qalmaqalı: Hindlilər aldatdı, eston nazir istefa verir
Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukrayna üçün alınması planlaşdırılan, lakin təhvil verilməyən mərmilərlə bağlı cinayət işi açıldıqdan sonra istefa verəcəyini bildirib.
Publika.az xəbər verir ki, Pevkur müdafiə sektorunda baş verənlərə görə siyasi məsuliyyəti üzərinə götürərək vəzifəsindən gedəcəyini deyib.
Estoniya daha əvvəl Ukrayna üçün artilleriya mərmiləri almaq məqsədilə İtaliyada qeydiyyatdan keçmiş "Datasel S.R.L." şirkətinə ümumilikdə 70 milyon avro avans ödəyib. Lakin sonradan şirkətin sursat tədarükü ilə heç vaxt məşğul olmayan hindistanlı iş adamlarının sahib olduğu saxta şirkət olduğu üzə çıxıb.
Müqaviləni Estoniyanın Dövlət Müdafiə İnvestisiyaları Mərkəzi (RKIK) bağlayıb. Qurumun keçmiş rəhbəri Maqnus-Valdemar Saar müdafiə nazirliyinin rəhbərliyinin müqavilənin imzalanmasını dəstəklədiyini və Pevkurun da bundan xəbərdar olduğunu bildirib.
Pevkur isə qeyd edib ki, nazirin vəzifəsi silah alışı üzrə müqavilələri detallı şəkildə araşdırmaq deyil, müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməkdir.
Estoniyanın Baş naziri Kristen Mixal müdafiə nazirinin məsələdə şəxsi günahını görmədiyini, lakin siyasi məsuliyyət daşımasının başqa məsələ olduğunu deyib. Onun sözlərinə görə, əsas suallar RKIK-in keçmiş əməkdaşları və rəhbərlərinə ünvanlanmalıdır.
Pevkur 2022-ci ildən Estoniyanın müdafiə naziri vəzifəsindədir. Onun istefası parlament tərəfindən təsdiqlənməlidir. Parlamentin payız sessiyası sentyabrın 14-də başlayacaq.
Müəllif: Adəm
-
Rəsmi xronika10:35Prezident sərəncam imzaladı
-
Dünya10:30Netanyahu Ərdoğanla bağlı göstəriş verdi: Dosye hazırlanır
-
İdman10:24Dünyanın ən seksual qolfçusu Meksika çöllərindən elə FOTOLAR paylaşdı ki...
-
ABŞ10:12Trampdan etiraf: Zelenskidən xahiş edib ki...
-
Kriminal08:12Azərbaycanda parkda qətl hadisəsi baş verdi - Saxlanılan var
-
Dünya07:5519 çamadan, 1 milyon avro və casus avadanlıqları... - Rusiyalı ər-arvad həbs edildi
-
Ekopublika.az07:35Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti artacaq - Səbəb
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq






























.jpg)

