Dünya
Qabaqlayıcı ssenari: Yunanıstanın Türkiyəyə qarşı hücum planı açıqlandı
Yunanıstanın “Ta Nea” qəzeti Afinanın Egey dənizində Türkiyə ilə mümkün böhranla bağlı hərbi ssenarilər hazırladığını yazıb.
Publika.az xəbər verir ki, nəşrə görə, mümkün ssenaridə Türkiyənin hərbi qüvvələrini hərəkətə keçirməsi hücuma hazırlıq kimi qiymətləndirilə və buna qarşı “qabaqlayıcı hücum” variantı nəzərdən keçirilə bilər.
Ssenariyə əsasən, Yunanıstan əvvəlcə müttəfiqlərdən əldə edilən peyk məlumatları və kəşfiyyat vasitəsilə Türkiyə hərbi qüvvələrinin hərəkətlərini izləyəcək. Məlumatların yanlış və ya natamam olması halında isə ilk hücumu həyata keçirən tərəfin beynəlxalq aləmdə təcavüzkar kimi qəbul edilərək diplomatik dəstəyi itirməsi riskinin olduğu qeyd olunur.
İkinci mərhələdə Yunanıstanın elektron müharibə sistemlərindən istifadə etməklə Türkiyənin radar və rabitə sistemlərini sıradan çıxarmağa, bəzi hərbi bazaların uçuş-enmə zolaqlarını və desant vasitələrini hədəfə almağa çalışacağı iddia edilir.
Türkiyənin raket və PUA-larla cavab verməsi halında isə Yunanıstanın Patriot hava hücumundan müdafiə sistemləri və yeni freqatlarındakı “SeaFire” radarlarının işə salınacağı bildirilir.
Ssenarinin son mərhələsində, ilk 24 saatdan sonra beynəlxalq ictimaiyyətin atəşkəs üçün müdaxilə edəcəyi ehtimal olunur.
Müəllif: Roza
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR











.jpg)





















.jpg)
.jpg)