Dünya
Ruhi Çenetin “Hasidik Yəhudilər” sənədli filmi ABŞ-ı qarışdırdı
Türkiyəli məşhur yutuber Ruhi Çenetin ABŞ-da yaşayan Hasidik Yəhudi icmasının həyatını lentə aldığı, təxminən 40 dəqiqəlik sənədli filmi mübahisələrə səbəb olub.
Publika.az “Milliyyet”ə istinadən xəbər verir ki, qısa müddətdə 39 milyon baxış sayına çatan sənədli filmdə Hasidik Yəhudilərin həyat tərzi izləyiciləri təəccübləndirib.
Çünki onlar Nyu-Yorkun mərkəzində yaşayırlar, lakin müasir dünyadan tamamilə təcrid olunublar. Onlar smartfondan və televiziyadan istifadə etmirlər. İnterneti və ümumilikdə texnologiyanı “şeytanın ixtirası” kimi görürlər.
Sənədli film onların dini qaydalarını, ailə quruluşunu və gündəlik həyatlarını birbaşa gözlər önünə sərir. Sənədli filmlə bağlı ortaya çıxan mübahisənin başqa bir tərəfi isə Hasidik Yəhudilərin dövlətdən aldığı dəstəklə əlaqədardır.
Amerikalı yayımçı Asmonqold ABŞ-da vergi ödəyicilərinin pullarının bu icmanın maliyyələşdirilməsinə yönəldilməsini tənqid edib. Orta hesabla 8-10 uşağa sahib olan Hasidik ailələr çoxuşaqlı olduqları üçün dövlət tərəfindən dəstəklənən fondlardan daha çox faydalanırlar. Onlar dövlətdən illik orta hesabla 75 min-100 min dollar civarında dövlət dəstəyi ala bilirlər.
Tənqidçilər həmçinin Hasidik Yəhudilərin seçkilərdə icma liderlərinin göstərdiyi namizədlərə blok şəklində səs verdiyini, siyasətçilərin isə seçki səsləri naminə bu icmaya güzəştlər etdiyini iddia edirlər.
Müəllif: Roza
-
Dünya12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin112:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO
-
MDB11:32Ukraynanın bir günlük müharibə xərci açıqlandı - DƏHŞƏT SAÇAN RƏQƏM
-
İdman10:14Messi həyat yoldaşı ölən xanım jurnalistə nə təklif edibmiş? - Hər şeyi yazdı
-
Yaxın Şərq09:44ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur - Nə baş verir?
-
MDB09:14Ukrayna Soçini vurur - Neft anbarı yanır
-
Sosial08:12Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Sağlamlıq08:00Həkim ömrü uzadan qidalardan danışdı



































.jpg)
