Hadisə
Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
Rusiya ordusu sentyabrın 27-si axşam saatlarında Ukraynanın Kiyev şəhərinin ən böyük “Stoliçnı” bazarına hava zərbəsi endirib.
Publika.az xəbər verir ki, bu barədə Kiyev vilayət Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hava hücumu zamanı bazarda yanğın baş verib və nəticədə iki nəfər ölüb. Daha 10 nəfər isə yaralanıb.
"Stoliçnı” bazarında çalışan soydaşlarımız da var.
Qeyd edək ki, daha öncə yayılan məlumatlara görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib. Yaralananlardan neçəsinin azərbaycanlı olduğu isə hələlik bilinmir.
***
Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.
Məlumata görə, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir. Yaralananların kimliyi müəyyənləşdirilir.
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO
-
ABŞ08:48Qarğıdalı sahəsində sirli kosmik obyekt aşkar edildi
-
Avropa08:36Britaniyada İran agentləri yenidən ələ keçirildilər














.jpg)
.jpg)





















