Dünya
Günəşdə güclü partlayış - Yerdə hası hadisələr baş verə bilər?
Sentyabrın 5-i axşam saatlarında Günəşdə gücünə görə sondan əvvəlki M dərəcəli partlayış qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Sentyabrın 5-də Moskva vaxtı ilə saat 18:18-də rentgen diapazonunda 4520 (S12W68) ləkələr qrupunda 30 dəqiqə davam edən M1.0 partlayışı qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Günəş partlayışları Günəş atmosferində enerjinin ayrılması ilə müşayiət olunan, rentgen şüalanmasının gücünə görə beş dərəcəyə bölünən (A, B, C, M və X) və Yer kürəsinə müxtəlif cür təsir göstərən güclü partlayış prosesləridir. Hər növbəti hərf gücün 10 dəfə artması deməkdir. M dərəcəli alışmalar Yerin gündüz tərəfində qısamüddətli radio maneələrinə və zəif qütb parıltılarına səbəb ola bilər.
Hüseyn İbadlı
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir



































