Sərxoş halda avtomobil idarə edən nazir vəzifəsindən uzaqlaşdırıldı
Bizi izləyin

Dünya

Sərxoş halda avtomobil idarə edən nazir vəzifəsindən uzaqlaşdırıldı

Sərxoş halda avtomobil idarə edən nazir vəzifəsindən uzaqlaşdırıldı

Latviyanın “Yaşıllar və Kəndlilər İttifaqı” sentyabrın 12-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılan rifah naziri Reynis Uzulnieksi vəzifəsindən geri çağırıb.

Publika.az xəbər verir ki, keçmiş nazir partiya sıralarından da xaric edilib. Rifah naziri vəzifəsinin müvəqqəti icrası kənd təsərrüfatı naziri Uldis Augulisə həvalə olunub.

Məlumata görə, Uzulnieks Ropaži rayonunda saxlanılıb. İlk testdə onun qanında 3,09 promil, təkrar müayinədə isə 3,5 promil spirt aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.

Seçki Komissiyası isə Uzulnieksi parlament seçkilərinin bülletenindən çıxarmağın mümkün olmadığını bildirib. Buna yalnız məhkəmə qərarı ilə yol verilə bilər və seçki bülletenlərinin yenidən hazırlanması üçün artıq vaxt qalmayıb.

Latviyada parlament seçkiləri 3 oktyabrda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm