Dünya
Ərdoğanı hədələdi: “Qəzzaya ayaq basa bilməyəcək”
İsrailin müdafiə naziri İsrael Katz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlama verib.
Publika.az xəbər verir ki, Katz bu barədə “X” hesabında paylaşım edib.
Nazir ölkəsinin HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumunun təkrarlanmaması üçün əməliyyatlarını davam etdirəcəyini bildirib.
O, Qəzza, Livan və İordan çayının qərb sahilinin şimalında həyata keçirdikləri strategiyanın terror təşkilatlarını ərazilərindən, infrastrukturlarından və yenidən silahlanma imkanlarından məhrum etmək olduğunu deyib.
"Biz İranın və ya hər hansı digər tərəfin HƏMAS-ı yenidən silahlandırmasına imkan verməyəcəyik. Əgər Ərdoğan Qəzzadakı ideoloji müttəfiqlərinə və həmfikirlərinə kömək etmək istəyirsə, onları Antalyaya köçməyə dəvət etməlidir. Axı, israilli turistlərin gəlməməsi səbəbindən orada kifayət qədər boş yer yaranıb. O, Qəzzaya ayaq basmayacaq”, - Katz Ərdoğana müraciət edərək yazıb.
Müəllif: Roza
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
















.jpg)
















.jpg)


