Rubio İranla danışıqları niyə pozdu? - “Gizli veto”nun detalları
Bizi izləyin

Dünya

Rubio İranla danışıqları niyə pozdu? - “Gizli veto”nun detalları

Rubio İranla danışıqları niyə pozdu? - “Gizli veto”nun detalları

ABŞ dövlət katibi Marko Rubio apreldə Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında keçirilən danışıqların razılaşma əldə olunmadan başa çatmasında əsas rol oynayıb.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumatlı amerikalı məmura istinadən məlumat yayıb.

21 saat davam edən danışıqlar zamanı amerikalı nümayəndə heyəti İran tərəfinin mümkün razılaşmanın şərtlərini dəyişdirdiyindən narahat olub. Fasilə zamanı danışıqlarçılar Rubiо ilə telefonla əlaqə saxlayaraq növbəti addımlarla bağlı göstəriş alıblar. Rubio isə İranın təklifinin qəbul edilməsinin mümkün olmadığı qənaətinə gəlib.

Bildirilib ki, Rubio danışıqlar prosesinin ictimai siması kimi çıxış etməməyə çalışır. Bu işi əsasən vitse-prezident Cey Di Vens, həmçinin xüsusi nümayəndələr Stiv Uitkoff və Jared Kuşner həyata keçirirlər.

Qeyd olunub ki, qapalı görüşlərdə Rubio danışıqlara ciddi təsir imkanlarını qoruyur və əsas qərarların qəbulunda faktiki olaraq veto hüququna malikdir. “NBC News” onu ABŞ diplomatiyasının “kölgə fiquru” kimi təqdim edir.

Rubio eyni zamanda dövlət katibi vəzifəsi ilə yanaşı, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri kimi də fəaliyyət göstərir. Mənbə onun Tramp administrasiyasının ən nüfuzlu üzvlərindən biri olduğunu və prezidentlə digər kabinet üzvlərindən daha çox vaxt keçirdiyini bildirir.

Xatırladaq ki, ABŞ və İran arasında birbaşa danışıqlar bu ilin aprel ayında İslamabadda keçirilib. Vaşinqton Tehrandan nüvə silahı yaratmaqdan imtina etməyi və Hörmüz boğazını tam açmağı tələb edib. İran isə boğaz üzərində nəzarəti saxlamaqda israr edib. Tərəflər yekunda razılaşma əldə edə bilməyiblər.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm