Dünya
Brüssel Rusiya aktivlərini ələ keçirməyə hazırlaşır - Kəşfiyyatdan AÇIQLAMA
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Avropa İttifaqının dondurulmuş Rusiya aktivləri ilə bağlı yeni plan hazırladığını açıqlayıb. Kəşfiyyat qurumunun məlumatına görə, Brüsseldə Rusiya Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin mənimsənilməsi ideyasından əl çəkməyiblər. Hazırda ekspertlər səviyyəsində yeni transmilli strukturun yaradılması imkanının müzakirə olunduğu bildirilir. İddialara görə, həmin struktur vasitəsilə Rusiya aktivlərinin Belçikadakı “Euroclear” depozitarından çıxarılaraq orada “gizlədilməsi” planlaşdırılır.
Publika.az xəbər verir ki, SVR-nin məlumatına görə, Avropa bürokratları tələsirlər və Ukraynaya maliyyə dəstəyinin davamlı şəkildə təmin edilməsində çətinlik yarana biləcəyindən narahatdırlar. Kəşfiyyat qurumu Avropa liderlərinin əməliyyatı 2027-ci ildə bir sıra Avropa ölkələrində keçiriləcək seçkilərdən əvvəl həyata keçirməyə çalışdıqlarını iddia edir.
SVR qeyd edib ki, Brüssel elitalarını əsasən 2027-ci il seçkilərinin nəticələri narahat edir. Bildirilir ki, Ukraynaya daha az dəstək verən hökumətlərin hakimiyyətə gəlməsi Rusiya aktivlərinin müsadirəsini çətinləşdirə bilər. Xüsusilə Fransadakı seçkilər, eləcə də İspaniya, Yunanıstan və Polşadakı parlament seçkilərinin Avropada diqqətlə izlənildiyi vurğulanıb.
Rusiya Xarici Kəşfiyyat Xidməti hesab edir ki, Rusiya dövlət vəsaitlərinə müdaxilə Avropa institutlarına olan etimadı sarsıda bilər. SVR-nin iddiasına görə, belə bir addım Qlobal Cənub ölkələrinin Avropa yurisdiksiyasını etibarlı maliyyə məkanı kimi qəbul etməsinə də təsir göstərə bilər.
Kəşfiyyat qurumu əlavə edib ki, Avropa maliyyə sisteminin sabitliyinin qorunması Avropa qiymətli kağızlarının iri xarici sahiblərinin etimadından asılıdır. SVR bu kontekstdə Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapuru nümunə göstərib.
Rusiya tərəfi hesab edir ki, suveren aktivlərin müsadirəsi ilə bağlı qərar Avropanın maliyyə sisteminə uzunmüddətli təsir göstərə bilər.
Müəllif: Adəm
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama














.jpg)




















