Dünya
Xəzərdəki faciənin daha bir detalı üzə çıxdı: həlak olan hərbçilərin xilasedici jiletləri olmayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı həlak olan hərbçilərin xilasedici jiletlərlə təmin edilmədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Tokayev bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyi ilə keçirdiyi müşavirədə bildirib.
Prezident təlimlərin hazırlanmasına və keçirilməsinə, hərbi qulluqçuların təminatına, eləcə də təhlükəsizlik tədbirlərinə cavabdeh vəzifəli şəxslərin fəaliyyətinin qiymətləndirilməsini tapşırıb. Müdafiə Nazirliyində kompleks yoxlamaya başlanılıb.
Qeyd edək ki, hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. İlkin məlumatlara görə, hərbçilərin olduğu qayıqdan şəxsi heyətin sahilə çıxarılması zamanı hava şəraiti kəskin pisləşib. 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib.
Hadisədən sonra Tokayev müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib. Onun yerinə Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aydos Mırzahmetov təyin olunub.
Ləman
-
Magazin102:12"Qızıma deyirəm ki, döz" - Nahidə Orucova
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO











.jpg)




















.jpg)
.jpg)