Dünya
Tramp Putinə inanmır: Ukrayna ilə bağlı planı sual altına düşdü
ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin qışa qədər Ukrayna ilə enerji sahəsində atəşkəsə razılaşacağına şübhə etdiyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “Kyiv Independent” nəşri vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın mövqeyi komandasının daha nikbin qiymətləndirməsindən fərqlənir. Belə ki, Stiven Uitkoff və Cared Kuşner Moskva və Kiyevə səfərlərindən sonra enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı razılaşmanın mümkün olduğu qənaətinə gəliblər.
Mənbələrdən biri bildirib ki, Tramp komandasındakı şəxslər qədər əmin deyil.
Ağ Evin nümayəndəsi isə Trampın razılaşmanın əldə olunacağına nikbin yanaşdığını deyib. Bununla belə, o, prezidentin enerji atəşkəsi ilə bağlı şübhələri olduğu barədə məlumatı təkzib etməyib. Razılaşmanın əldə olunması üçün konkret tarix açıqlanmayıb.
Müəllif: Adəm
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar



































