Dünya Trampın əmrini gözləyir: 96 saat ərzində İrana qarşı...
Bizi izləyin

Yaxın Şərq

Dünya Trampın əmrini gözləyir: 96 saat ərzində İrana qarşı...

Dünya Trampın əmrini gözləyir: 96 saat ərzində İrana qarşı...

ABŞ Yaxın Şərqdə İrana qarşı məhdud hücumları üstələyə biləcək genişmiqyaslı hərbi əməliyyata hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, regionda mümkün əməliyyatın keçirilməsi üçün kifayət qədər ABŞ hərbi qüvvəsi yerləşdirilib. Gözlənilir ki, planlaşdırılan əməliyyatlar mövcud vəziyyəti qorumaq məqsədi daşıyan məhdud zərbələrdən daha genişmiqyaslı olacaq.

Adları açıqlanmayan ABŞ rəsmilərinin bildirdiyinə görə, prezident Donald Tramp müvafiq əmr verəcəyi təqdirdə, Amerika hərbçiləri 96 saat ərzində “yeni, potensial olaraq genişmiqyaslı hərbi əməliyyatlara” başlamağa hazırdırlar.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm