Dünya
ABŞ Suriya ilə bağlı 47 illik qadağanı ləğv etdi
ABŞ Suriyanı silah ixracı lisenziyalarının avtomatik rədd edildiyi ölkələr siyahısından çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti Beynəlxalq Silah Ticarəti Qaydalarında (ITAR) dəyişiklik edərək Suriyaya müdafiə təchizatı və xidmətlərinin ixracı ilə bağlı müraciətlərin artıq avtomatik rədd edilməyəcəyini açıqlayıb.
Yeni qaydalara əsasən, Suriyaya müdafiə məhsulları və xidmətlərinin ötürülməsi ilə bağlı hər bir müraciət ayrıca nəzərdən keçiriləcək və fərdi qaydada lisenziyalaşdırılacaq.
Dəyişikliyin Suriyanın terrora dəstək verən ölkə statusunun ləğvi və digər hüquqi tələblərin yerinə yetirilməsindən sonra həyata keçirildiyi qeyd olunub.
Qeyd edək ki, ABŞ Suriyaya qarşı ilk müdafiə ticarəti məhdudiyyətlərini 29 dekabr 1979-cu ildə tətbiq etmişdi. Son qərarla Suriyaya qarşı 47 il davam edən genişmiqyaslı məhdudiyyət rejimi əhəmiyyətli dərəcədə yumşaldılıb.
Müəllif: Roza
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ












.jpg)






.jpg)














.jpg)