Dünya
Ukraynanın ağlasığmaz taktikası: “Zombi maşınlar”la hücum - 2 min əsgər öldürüldü
Ukrayna ordusu Rusiya ilə müharibədə yeni taktikanı sınaqdan keçirib. Cəbhədə ilk dəfə “zombi maşınlar” adlandırılan pilotsuz, bomba yüklü zirehli texnikalardan istifadə olunub.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məqalə dərc edib.
Bildirilib ki, ukraynalı general Andrey Biletskinin sözlərinə görə, “Vivaldi əməliyyatı” çərçivəsində Sovet dövründən qalma BTR-60 tipli zirehli transportyorlar pilotsuz idarəetmə sistemləri ilə təchiz edilərək bomba yüklü maşınlara çevrilib.
Bu texnikadan Rusiya ordusunun möhkəmləndirilmiş mövqelərinə hücum zamanı istifadə edilib. Ukrayna tərəfi əməliyyat nəticəsində 250 rus hərbçisinin əsir götürüldüyünü, təxminən 2 min hərbçinin isə öldürüldüyünü iddia edir. Həmçinin Rusiya işğalı altındakı ərazidə təxminən 100 kilometrlik sahənin ələ keçirildiyi bildirilir.

Yayılan görüntülərdə bomba yüklü BTR-60-ın Rusiya mövqelərinə doğru hərəkət etdiyi və daha sonra partladığı görünür.
Biletski Ukraynanın bu taktika üzərində uzun müddətdir gizli şəkildə çalışdığını və qarşıdakı dövrdə oxşar hücumların davam etdiriləcəyini açıqlayıb.
Ukraynalı mühəndislərə görə, adi zirehli maşınların pilotsuz sistemlərə çevrilməsi daha böyük və daha ağır yük daşımağa, həmçinin daha yüksək sürət əldə etməyə imkan verir. Üstəlik, köhnə texnikanın bu məqsədlə yenidən hazırlanması nisbətən ucuz başa gəlir. Bir maşının pilotsuz və bomba yüklü texnikaya çevrilməsinin təxminən 4 min dollara başa gəldiyi bildirilir.
Bu maşınlar “Starlink” və ya 4G interneti vasitəsilə uzaqdan idarə olunur. Elektron siqnalın qarışdırılması və ya bloklanması zamanı operator alternativ internet şəbəkəsinə keçə bilir.
Qışın yaxınlaşması ilə cəbhədə ərazinin palçıqlaşacağı və kiçik pilotsuz yerüstü sistemlərin hərəkətinin çətinləşəcəyi gözlənilir. Bu səbəbdən Ukrayna ordusunun ağır və köhnə zirehli texnikadan hazırlanan “zombi maşınlar”dan istifadəsini artıracağı ehtimal edilir.
Müəllif: Roza
-
Magazin110:36Pünhan Alim Qasımov haqda: “15 min istədi”
-
Sosial10:06Bakıda tanınmış restoranda biabırçılıq - FOTO
-
Nida Xəbər 09:44Bu Zəfər milli iradənin təntənəsi idi - Kamaləddin Qafarov
-
İqtisadi gündəm09:18Azərbaycanda pul kütləsi sürətlə artır: Xoş xəbərdir, yoxsa bəd?
-
Magazin208:4826 yaşlı gözəllik kraliçası ölümcül qəzaya düşdü - İki yaşlı qızı... / FOTO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip



































.jpg)
