Dünya
Tramp Braziliyanı Hindistanla səhv saldı
ABŞ prezidenti Donald Tramp seçkilərlə bağlı paylaşımında Braziliyanı Hindistanla səhv salıb.
Publika.az xəbər verir ki, Tramp “Truth Social” hesabında Hindistanda prezident seçkilərinin ilk turunda 125 milyon insanın səs verdiyini və nəticələrin elə həmin gün açıqlandığını yazıb.
Lakin Hindistanda həmin gün prezident seçkisi keçirilməyib. Ölkənin hazırkı prezidenti Draupadi Murmu 2022-ci ildən vəzifədədir. Bundan əlavə, Hindistan prezidenti xalq tərəfindən birbaşa seçilmir. Prezident parlamentin hər iki palatasının və ştat məclislərinin üzvlərindən ibarət seçicilər kollegiyası tərəfindən müəyyənləşdirilir.
Trampın qeyd etdiyi 125 milyon seçici sayı isə Braziliyada keçirilən prezident seçkilərinin ilk turundakı səsvermənin nəticələri ilə üst-üstə düşür.
Tramp daha sonra səhv paylaşımını silərək, iki dəqiqə sonra düzəliş edilmiş versiyanı yayımlayıb.
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 18:24Azərbaycana qarşı qarayaxma kampaniyası aparan Oktay Saral sabah istefa verəcək
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
























_(1).jpg)









