Dünya
Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?
Almaniyanın xarici işlər naziri İohann Vadeful Rusiyanın Ukraynadan kənarda da planlarının olduğunu və bunun SSRİ-nin bərpası ilə əlaqəli ola biləcəyini iddia edib.
Publika.az xəbər verir ki, nazirin sözlərini Almaniyanın NTV telekanalı yayıb.
Vadeful Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırmasını xatırladıb. Onun sözlərinə görə, əgər bu, ən böyük fəlakət hesab olunursa, Rusiya lideri “yəqin ki, onu düzəltmək istəyir”.
Almaniya XİN rəhbəri hesab edir ki, Rusiyanın planları yalnız Ukrayna ilə məhdudlaşmır. Onun sözlərinə görə, söhbət Ukrayna ilə yanaşı, Gürcüstan, Moldova və Baltikyanı ölkələrdən gedə bilər.
Vadeful bildirib ki, Baltikyanı ölkələr Avropa İttifaqı və NATO-ya üzv olduqları üçün onların müttəfiqləri də mümkün təhlükənin təsir dairəsinə düşür.
“Bu səbəbdən Rusiyanın daha geniş planlarının olduğunu ehtimal etməliyik”, - deyə Almaniya XİN rəhbəri bildirib.
Müəllif: Adəm
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı














.jpg)





.jpg)


.jpg)













