Dünya
İsraildə “Türkiyə” siqnalı: Bu ölkə də işə qarışsa...
Yaxın Şərqdə formalaşan yeni hərbi-siyasi mənzərə İsrail mətbuatında ciddi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, İsrailin “Channel 12” telekanalına açıqlama verən siyasi şərhçi Tamir Moraq Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında inkişaf edən müdafiə əməkdaşlığına diqqət çəkib.
O bildirib ki, əsas məsələ yalnız Səudiyyə Ərəbistanının müdafiəsi deyil, bu əməkdaşlığın gələcəkdə başqa regional böhranlara necə təsir göstərə biləcəyidir. “Bu gün Səudiyyə Ərəbistanı üçün yaradılan bu mexanizm, sabah başqa bir böhran yarandıqda kimin üçün işə salınacaq?" - deyə israilli şərhçi bildirib.
Moraqın sözlərinə görə, Ankara, Ər-Riyad və İslamabad arasında müdafiə əməkdaşlığının konkret hərbi addımlara çevrilməsi İsrail üçün yeni ssenari yaradır.
Şərhçi xüsusilə Türkiyənin hərbi və müdafiə sənayesi imkanlarını vurğulayıb. O qeyd edib ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir və müdafiə sənayesində sürətlə inkişaf edir.
Moraq həmçinin Pakistanın da bu mümkün regional təhlükəsizlik mexanizmində rol oynaya biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir vəziyyətdə İsrailin qarşısındakı güc yalnız Türkiyə ilə məhdudlaşmaya bilər.
“Türkiyənin yanında İslamabadın da yer ala biləcəyi bir ssenari var. Şübhəsiz ki, hər hansı gərginlikdə Türkiyəyə dəstək olacaqlar. İsrail Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı inkişafları yaxından izləməli və buna qarşı öz regional ittifaqını formalaşdırmalıdır. Nədən qorxmalıyıq? Məsələ bu gün deyil, sabahdır. Daha uzunmüddətli bir hesabdır. İsrail üçün əsas qeyri-müəyyənlik də məhz burada başlayır”, - deyə o qeyd edib.
Müəllif: Roza
-
Rəsmi xronika15:35İlham Əliyev Vladimir Putinə zəng etdi
-
İdman11:39“Miss Almaniya” rinqə çıxır - FOTOLAR
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO












.jpg)




















.jpg)


