Dünya
ABŞ İran müharibəsində 81 hava vasitəsini itirib - 44 milyard dollarlıq zərər
ABŞ-ın İran müharibəsində verdiyi itkilərin miqyası açıqlanıb.
Publika.az “New York Post”a istinadən xəbər verir ki, bununla bağlı Konqres Tədqiqat Xidməti (CRS) hesabat yayımlayıb.
Hesabata əsasən, müharibənin başlanmasından indiyədək ABŞ ordusuna məxsus ən azı 81 hava vasitəsi məhv edilib və ya zədələnib.
İtkilər arasında ABŞ ordusunun ən müasir döyüş vasitələri də var. Siyahıda 45 “MQ-9 Reaper” pilotsuz uçuş aparatı, 12 “F-15E Strike Eagle”, 7 “KC-135 Stratotanker”, 4 “AH-6 Little Bird”, 3 “MQ-1”, 2 “A-10 Warthog”, 2 “MC-130J Commando II”, 1 “F-35A Lightning II” və digər hava vasitələri yer alıb.
Xüsusilə 45 “MQ-9 Reaper” PUA-sının itirilməsi diqqət çəkir. Bu aparatların hər birinin dəyərinin 30-50 milyon dollar arasında olduğu bildirilir. Nəticədə ABŞ-ın “Reaper” donanması ciddi şəkildə azalıb.
ABŞ-ın hava vasitələri üzrə ümumi maddi itkisinin 3,3 milyard dollar olduğu təxmin edilir. Lakin İran müharibəsində maliyyə itkisi bununla məhdudlaşmır. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, müharibənin ümumi dəyəri artıq 43,6 milyard dollara yüksəlib.
Müəllif: Roza
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı



















.jpg)



.jpg)











