Dünya
Bu, etiraz deyil, “sakit işğal”dır - Maskdan Fransa açıqlaması
Amerikalı milyarder İlon Mask Fransadakı məktəbli etirazlarına reaksiya verib.
Publika.az xəbər verir ki, Mask bu barədə sosial mediada yazıb.
O, Fransada baş verənləri “sakit işğal” adlandırıb. Milyarder bu “işğalı” dəstəkləyənlərin isə vətən xaini olduğunu bildirib.
O, bu şərhi ABŞ prezidenti Donald Trampın açıqlamasının yenidən paylaşılmasına cavab olaraq yazıb. Çərşənbə axşamı Tramp Fransadakı etirazları nəzarətdən çıxmış kütləvi miqrasiya vəziyyəti ilə əlaqələndirib və əlavə edib ki, təhsil sistemindəki problemlərin bununla heç bir əlaqəsi yoxdur.
Mask işğalı dəstəkləyənlərin xainlərin taleyinə layiq olduğunu bildirib. Lakin o, Fransanı kimin işğal etdiyini dəqiqləşdirməyib.
Fransada orta məktəb şagirdləri artıq ikinci həftədir ki, həddindən artıq yüklənmiş dərs cədvəlləri, müəllim çatışmazlığı və təhsildəki digər problemlərə etiraz edirlər. Bəzi etirazlar hətta iğtişaşlara çevrilib.
Son məlumatlara görə, Fransada əksəriyyəti yetkinlik yaşına çatmayan 6000-dən çox insan saxlanılıb.
Müəllif: Tural
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı



















.jpg)



.jpg)











