Dünya
Trampın kürəkəninin milyonluq investisiyaları gündəmdə: Araşdırma başladı
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat üzvləri prezident Donald Trampın kürəkəni Cared Kuşnerin Yaxın Şərqdəki investisiyaları ilə bağlı araşdırmaya başlayıblar.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, komitənin ən yüksək səviyyəli Demokrat üzvü Robert Qarsiya Kuşnerin investisiya şirkəti “Affinity Partners”ə məktub göndərərək şirkətin Yaxın Şərqdəki kommersiya fəaliyyəti barədə ətraflı məlumat tələb edib.
Qarsiya bildirib ki, araşdırma çərçivəsində Tramp və ailəsinin hakimiyyətə çıxış imkanlarından maliyyə qazancı əldə edib-etmədiyi də araşdırılır.
Məsələ Kuşnerin şirkətinin İsraildə hərbi təchizatçılara investisiya yatıran “Phoenix Financial” şirkətində ən böyük paya sahib olması ilə bağlı iddialardan sonra gündəmə gəlib. Bundan əvvəl “Phoenix Financial”ın İsrail ordusuna təchizat verən 9 şirkətə ən azı 456 milyon dollar investisiya yatırdığı barədə iddialar da yayılıb.
Kuşnerin vəkili isə iddiaları rədd edib. O, Kuşnerin investisiya qərarlarında hər hansı rolunun olmadığını bildirib.
Müəllif: Roza
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı



















.jpg)



.jpg)











