Dünya
“Flydubai” pilotunun "Müsəlman Qardaşları" ilə əlaqəsi varmış - Mümkün qədər çox insanı öldürmək istəyib...
“Flydubai” aviaşirkətinin Oman vətəndaşı olan ikinci pilotunun İsraildə terror aktı törətməyi planlaşdırdığı və “Müsəlman Qardaşları” təşkilatı ilə əlaqələrinin ola biləcəyi ehtimal edilir.
Publika.az xəbər verir ki, bu barədə BƏƏ-nin Baş prokuroru Həməd Səif Əl-Şəmsi hadisə ilə bağlı istintaqın nəticələrini açıqlayarkən bildirib.
İstintaqın məlumatına görə, 29 yaşlı pilot sentyabrın 30-na planlaşdırılan Dubay–Təl-Əviv reysində təyyarənin idarəetməsini ələ keçirərək onu İsrailin Ben-Qurion hava limanının sərnişin terminalına çırpmağı planlaşdırıb. İddiaya əsasən, mümkün qədər çox insanın ölümünə səbəb olmaq planlaşdırılıb.
Xatırladaq ki, sentyabrın 30-da Dubay–Təl-Əviv reysi ilə uçan “Flydubai” təyyarəsi insident səbəbindən Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib. Məlumata görə, pilotlardan biri bıçaqlanıb, digəri isə təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. Ekipaj və sərnişinlər hadisəyə müdaxilə ediblər. Hadisədən sonra aviaşirkət İsrailə uçuşları müvəqqəti dayandırıb.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO



































.jpg)

