İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir”
Bizi izləyin

Dünya

İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir”

İsraildən Türkiyə ilə bağlı etiraf: “Alov halqası" bizi sürətlə əhatə edir”

İsraildə keçirilən diplomatik konfransda Türkiyənin artan regional nüfuzu ilə bağlı diqqətçəkən açıqlamalar səsləndirilib.

Publika.az xəbər verir ki, İsrail Müdafiə və Təhlükəsizlik Forumunun sədri Erez Vinner “The Jerusalem Post” qəzetinin təşkil etdiyi konfransda Türkiyənin regionda artan təsirinin İsrail üçün yeni çağırışlar yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, İranın regional təsirinin zəiflədiyi bir vaxtda Türkiyənin rəhbərliyi altında yeni güc mərkəzi formalaşa bilər.

“İsrail üçün təhlükənin artıq İrandan deyil, Türkiyədən gəlməsi gözlənilməlidir. Ankaranın rəhbərliyi altında yaranan alov halqası Təl-Əvivin ətrafını sürətlə əhatə edir”, - deyə o bildirib.

Vinner Türkiyənin Şimali Afrika, Liviya, Suriya və Qəzzaya qədər uzanan coğrafiyada nüfuzunu artırmasının onun geosiyasi çəkisini daha da gücləndirə biləcəyini vurğulayıb. O, İsrailin bu ssenariyə hazır olmalı olduğunu qeyd edib.

Vinner, həmçinin Türkiyənin “Mavi Vətən” doktrinasına və dənizlərdəki hüquqlarına dair mövqeyinə diqqət çəkərək, bölgədə dəyişən güc balansının İsrail üçün ciddi nəticələr doğura biləcəyini iddia edib.

O, çıxışının sonunda Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və İsrail arasında strateji əməkdaşlığın davam etdirilməsinə çağırıb. Vinner, xüsusilə Türkiyəyə qarşı kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm