İsrailə uçan təyyarədə bomba həyəcanı: Sərnişinlər təxliyə edildi
Bizi izləyin

Dünya

İsrailə uçan təyyarədə bomba həyəcanı: Sərnişinlər təxliyə edildi

İsrailə uçan təyyarədə bomba həyəcanı: Sərnişinlər təxliyə edildi

İsrailin Ben Qurion Hava Limanında bomba həyəcanı elan edilib.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, Nyu-Yorkdan Təl-Əvivə uçan “Delta Air Lines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba olduğu barədə anonim məlumat daxil olub.

Məlumatdan sonra təyyarə hava limanına endikdən sonra uzaq eniş zolağına yönləndirilib və təhlükəsizlik qüvvələri tərəfindən təcrid olunub. Sərnişinlər terminala təxliyə edilib, təyyarədə bomba axtarışı aparılıb.

İsrail polisi hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm