Yaxın Şərqdə gərginlik artır: İran Səudiyyə Ərəbistanına təklif edib ki...
Bizi izləyin

Dünya

Yaxın Şərqdə gərginlik artır: İran Səudiyyə Ərəbistanına təklif edib ki...

Yaxın Şərqdə gərginlik artır: İran Səudiyyə Ərəbistanına təklif edib ki...

Yəməndə İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında mübarizə davam edir. Husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları bölgədə gərginliyi daha da artırıb.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən son hücum nəticəsində daha bir nəfər ölüb, 11 nəfər yaralanıb. Beləliklə, bir həftə ərzində ölkədə hava limanlarını hədəf alan 10 hücum nəticəsində 19 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb.

Hücumların ardından hava limanındakı əməliyyatların dayandırılması qərarının müddəti uzadılıb. Ərəb Koalisiyasının sözçüsü Turki əl-Maliki husilərin buraxdığı ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığında husilərlə Riyad arasındakı böhranın həlli üçün köməyə hazır olduqlarını bildirib. O, problemin hərbi yolla həllinin bölgədəki gərginliyi daha da artıracağını vurğulayaraq dialoq təklif edib. Səudiyyə Ərəbistanının bu təklifə cavabı barədə məlumat verilməyib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm