“Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Bizi izləyin

Sosial

“Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

“Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan “Bir” “Istanbul Fintech Week” (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasını təqdim edib.

Oktyabrın 7-də keçirilən “Digital Banking Summit” (Rəqəmsal Bankçılıq Sammiti) çərçivəsində “Bir” ekosisteminin Fintex biznesinin rəhbəri və “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev çıxış edərək ənənəvi bankçılıq təcrübəsi əsasında rəqəmsal ekosistemin necə inkişaf etdirildiyini və 5 milyondan çox istifadəçini əhatə etdiyini diqqətə çatdırıb: “Biz insanların gündəlik həyatını asanlaşdırmaq məqsədilə bankçılıq, ödəniş və alış-veriş xidmətlərini vahid ekosistemdə birləşdirmişik. Bu təcrübəmiz göstərir ki, ənənəvi banklar fintex şirkətlərinin rəqabəti qarşısında mövqelərini itirməyə məhkum deyillər. Müştərilərin real ehtiyaclarına uyğunlaşmaqla rəqəmsal transformasiyaya özləri də liderlik edə bilərlər”.

KOOP Ventures şirkətinin həmtəsisçisi Mustafa Baltacının moderatorluğu ilə keçirilən “The Digital Bank: Born or Built?” (“Rəqəmsal bank: yaranır, yoxsa qurulur?”) adlı panel müzakirəsində Cavid Mirzəyev Malta Bankının (Bank of Valletta) innovasiyalar üzrə rəhbəri Lüdviq Mallia ilə birlikdə “Bir” ekosisteminin strukturu və fəaliyyət prinsipləri barədə danışıb. O, “Bir” ekosisteminin “Kapital Bank”ın rəqəmsal bankçılıq brendi “Birbank”ı, “Birmarket” onlayn alış-veriş platformasını, “m10” rəqəmsal pul kisəsini və “Milliön” ödəniş terminallarını vahid platformada birləşdirərək müştərilərə rahat və fasiləsiz rəqəmsal xidmət təcrübəsi təqdim etdiyini vurğulayıb.

Cavid Mirzəyev, həmçinin “Bir ID”, “Bir Bonus” və “Bir Pay” kimi həllərin ekosistemə daxil olan platformalar arasında inteqrasiyanı təmin etdiyini vurğulayıb. Bu həllər istifadəçilərə “Bir” xidmətləri arasında rahat keçid etməyə, bonuslar qazanmağa, eləcə də onlayn və fiziki satış nöqtələrində ödənişlər həyata keçirməyə imkan yaradır. Məsələn, müştərilər “Birmarket”də alış-veriş edərkən sifarişi rəsmiləşdirdikləri mərhələdə “Birbank” vasitəsilə maliyyələşmə imkanından yararlana bilirlər.

Cavid Mirzəyev çıxışı zamanı müştəri davranışlarında baş verən dəyişikliklərə və əməliyyat səmərəliliyinin artmasına da diqqət çəkib. O qeyd edib ki, hazırda müştərilərin 90 faizi gündəlik bank əməliyyatlarını “Birbank” tətbiqi vasitəsilə həyata keçirir. Eyni zamanda, müştəri müraciətlərin 60 faizi əməkdaşların birbaşa müdaxiləsi olmadan, süni intellekt vasitəsilə həll olunur. Bu göstərici ötən il qeydə alınan 31 faizlə müqayisədə təxminən iki dəfə yüksəkdir.

Cavid Mirzəyevin “Istanbul Fintech Week” tədbirində iştirakı “Bir”in Azərbaycanın rəqəmsal transformasiyasını beynəlxalq müstəvidə tanıtmaq istiqamətində fəaliyyətinin davamıdır. Qeyd edək ki, 2019-cu ildən etibarən 62 ölkədən 17 mindən çox iştirakçını bir araya gətirən bu tədbir qlobal maliyyə texnologiyaları sahəsinin aparıcı platformalarından biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm