Dünya
Güclü yağış səbəbindən Seulda uçuşlar təxirə salındı
Bu gün Cənubi Koreyanın paytaxtı Seul və ərtaf ərazilərdə müşahidə olunan güclü yağış, külək səbəbindən “İnçon” beynəlxalq hava limanında 40 aviareys ləğv edilib, 34 reys gecikib, 9 təyyarə isə geri qayıtmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bir neçə yaşayış məntəqəsində daşqınlar və subasmalar qeydə alınıb.
Seul bələdiyyə rəsmilərinin məlumatına görə, güclü küləkdən sonra yarpaq topaları drenaj sistemlərini tıxayıb. Bəzi yerlərdə sakinlər drenaj sistemindəki tıxacları özləri təmizləməli olub. Şəhərin şimalındakı Qanqbuk rayonunda bir saat ərzində 53,5 millimetr yağıntı qeydə alınıb ki, bu da ölkə üzrə ən yüksək saatlıq göstəricidir. Saat 17:00-dək Seul yanğınsöndürmə xidmətinə 129 təcili müraciət daxil olub, bunlardan 47-si drenaj sistemləri ilə bağlı kömək, 21-i ağacların aşması, 60-ı isə ictimai obyektlərdə təhlükəsizlik yoxlaması tələbi ilə əlaqədar olub. Əsas nəqliyyat arteriyalarında hərəkət çətinləşib. Əlverişsiz hava şəraiti səbəbindən açıq havada keçirilməsi planlaşdırılan irimiqyaslı ictimai tədbirlər ləğv edilib. Şəhər rəhbərliyi saat 14:40-da 1-ci səviyyəli fövqəladə vəziyyət elan edib, sakinləri çökək və yüksək riskli ərazilərdən uzaq durmağa çağırıb.
Paytaxt Seul ilə yanaşı Kyonqqi, Cənubi Çunqçon, Şimali Çolla əyalətlərində və cənubdakı Çecu adasında da əlverişsiz hava fəsadlar törədib.
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR


































