Avropa
Etirazların yeni dalğası başlayır: Makron şagirdlərin nümayəndələri ilə görüşdü
Fransa prezidenti Emmanuel Makron bu gün şagirdlərin nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşəcək. Görüş ölkədə etirazların yeni dalğasının başlaması ərəfəsində keçiriləcək.
Publika.az xəbər verir ki, “France24”ün məlumatına görə, bu, bir aydan çoxdur davam edən tələbə etirazları başlayandan bəri Makronun yuxarı sinif şagirdlərinin nümayəndələri ilə ilk görüşüdür.
Fransa prezidenti şənbə günü keçirilməsi planlaşdırılan nümayişlərə hazırlıq məqsədilə müdafiə məsələləri üzrə şuranın növbəti iclasını da keçirəcək.
Baş nazir Sebastyan Lekornü isə etirazçılar tərəfindən bələdiyyə binası yandırılan Limoj şəhərinə səfər edəcək.
Xatırladaq ki, Fransada bir aydan çoxdur davam edən kütləvi etirazlar əvvəlcə təhsil şəraitinin pis olmasına qarşı çıxan yuxarı sinif şagirdlərinin aksiyaları ilə başlayıb. Sonradan qiymət artımına və aşağı əməkhaqqına etiraz edən müxtəlif peşə sahələrinin nümayəndələri də aksiyalara qoşulublar.
Oktyabrın 24-nə əhalinin ikinci ümummilli səfərbərlik dalğası planlaşdırılıb. İğtişaş təhlükəsindən ehtiyat edən bəzi şəhərlərdə, o cümlədən Marseldə etirazlara qadağa qoyulub, ictimai nəqliyyatın fəaliyyəti isə bir günlüyə dayandırılacaq.
Müəllif: Adəm
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO







































