Rusiya ordusuna yeni zenit-raket kompleksləri verilir
Bizi izləyin

Dünya

Rusiya ordusuna yeni zenit-raket kompleksləri verilir

“Buk-M3” zenit-raket kompleksi 2015-ci ilin sonuna kimi Rusiya ordusunun silahlanmasına qəbul ediləcək.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə danışıb.

“Rusiya Silahlı Qüvvələrinin quru qoşunların hava hücumundan müdafiə qüvvələri 2015-ci ilin sonuna kimi orta məsafəli ən yeni zenit-raket kompleksləri ilə silahlandırılacaq. “Buk-M3” kompleksləri 2016-cı ildən quru qoşunlarının istismarında olacaq”, - mənbə bildirib.

Məlumata görə, “Buk-M3” zenit-raket kompleksinin xarakteristikası açıqlanmayıb. Kompleksin hazırlaması işi 1988-ci ildən aparılırdı, ancaq onun istehsalı yalnız 15 il sonra mümkün olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm