Dünya
“Boko Haram” 500-ə qədər qadın qaçırıb
“Boko Haram” qruplaşması Nigeriyanın şimal bölgəsində
yerləşən Damasak şəhərindən 500-ə yaxın gənc qadın və uşaqları
qaçırıb.
Silahlılar qadınları kütləvi şəkildə girov götürməzdən əvvəl
50-ə yaxın insanı qətlə yetirib.
Bundan əvvəl qruplaşma ötən ilin aprel ayında başqa bir əyalətdən
300-ə yaxın məktəbli qızı qaçırmış, onların çoxunu hətta ərə
vermişdi. Bu arada Niger qoşunları Damasak şəhərinə daxil olduqdan
sonra yerli sakinlərə humanitar yardım paylayıb.
Son iki ay ərzində Nigeriya, Niger və Çad silahlı qüvvələrinin
genişmiqyaslı əməliyyatları nəticəsində ölkənin şimalında “Boko
Haram”ın nəzarətində olan bir sıra kənd və qəsəbələr geri
alınıb.
Ölkədə yaşanan gərginliklə əlaqədar prezident seçkiləri martın 28-ə
təyin olunub.
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat