Dünya
ABŞ-ın İran üçün hazırladığı ən böyük bomba - SINAQ
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bunkerlərə qarşı hazırlanan və ordunun arsenalında olan ən böyük təyyarə bombasını sınaqdan keçirib.
Publika.az xəbər verir ki, bu barədə Pentaqondakı yüksək rütbəli məmurlara istinadən “The Wall Street Journal” nəşri bildirib.
Aprelin 2-də İran, “5+1” (Rusiya, ABŞ, Çin, Britaniya, Fransa və Almaniya) qrupu və Avropa Birliyi İranın nüvə proqramı üzrə razılaşmanın əsas parametrləri haqqında razılaşsa da hesab edilir ki, müasirləşdirilmiş təyyarə bombası məhz İranın nüvə obyektlərini məhv etmək üçün hazırlanıb. Partlayıcı qurğu İran ərazisindəki ən möhkəm yeraltı nüvə obyektlərini məhv etməyə və sıradan çıxarmağa qadirdir. “Pentaqon əvvəlki kimi İran barəsində hərbi variantları da diqqətdə saxlayır”, - məmur deyib.
Onun sözlərinə görə, Pentaqonda vəziyyəti daim izləyirlər. ABŞ-da döyüş sursatlarının ən dağıdıcı növlərindən birinin müasirləşdirilməsi İranla nüvə danışıqlarının aparılması ilə paralel həyata keçirilib. Dağıdıcı gücə malik bombanın son sınaqları isə hərbi variantların hələ də masada olduğunu Tehrana xatırlatmaq məqsədi daşıyır.
Ömər Dağlı
-
Magazin204:44
Hande dərin dekolteli libasda - FOTO
-
Sosial03:13
Vəzifəli şəxs iş yerindən oğurluq edir? - İDDİA/VİDEO
-
Region02:42
İstanbulda AİLƏ FACİƏSİ: arvadını ov tüfəngi ilə öldürdü, sonra... - VİDEO
-
Magazin202:22
Əməkdar artisti döydülər - Polis hərəkətə keçdi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: bu xəbər güclü emosional rezonans yaradacaq
-
İdman23 May 23:36
Uşağa təcavüz edən məşhur idman jurnalisti SAXLANILDI
-
Region23 May 23:12
Türkiyədən gecə saatlarında dəhşətli xəbər: ölənlər və yaralananlar var
-
Region23 May 23:00
Rəisinin nəşi göyərtədə: elə görüntü yayıldı ki… - ŞOK VİDEO