“Real” Kroosun yerinə onlardan birini alacaq
Bizi izləyin

İdman

“Real” Kroosun yerinə onlardan birini alacaq

“Real” “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmix və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini almaqda maraqlıdır.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Los Blankos” sözügedən futbolçulardan birini karyerasını başa vuracaq Toni Kroosu əvəzləyicisi kimi görür.

“Bavariya” 29 yaşlı Kimmix üçün 60-70 milyon avro tələb edə bilər. Bu mövsüm o, Münhen klubunun heyətində bütün yarışlarda 43 oyun keçirib, 2 qol vurub və 10 məhsuldar ötürmə verib.

27 yaşlı Rodri isə 2023/24 mövsümündə 47 oyun keçirib, 9 qol vurub və 14 məhsuldar ötürmə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm