ABŞ İraqa 205 milyon dollar məbləğində yardım edəcək
Bizi izləyin

Dünya

ABŞ İraqa 205 milyon dollar məbləğində yardım edəcək

ABŞ İraqa 205 milyon dollar məbləğində yeni humanitar yardım edəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə İraqın baş naziri Hayder Əl-Abadi ilə görüşdən sonra bildirib. O qeyd edib ki, İraq hərbi qüvvələri hazırda daha yaxşı təchiz olunub və ABŞ-ın hərbi hava hücumlarının köməyi ilə keçən il İslam Dövləti qrupu tərəfindən ələ keçirilən ərazilərin dörddə bir hissəsini geri alıb.

ABŞ prezidenti İraqda İslam Dövləti qrupuna qarşı döyüşlərdə İranın iştirakı məsələsinin müzakirə edildiyini bildirib. Obama deyib ki, ABŞ iki qonşu ölkə kimi İraq və İranın vacib münasibətləri saxlayacağını gözləyir, lakin İraq daxilində hərbi əməliyyatlara Bağdad nəzarət etməlidir.

“İŞİD-i məğlub etməyə yönəlmiş hər hansı xarici yardım İraq hökuməti tərəfindən razılaşdırılmalıdır. Biz İraqın suverenliyinə belə hörmət edirik”- deyə cənab Obama bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm