Dünya
Obama Kubanı “terroru maliyyələşdirən ölkələr” siyahısından çıxarır
ABŞ prezidenti Barak Obama Konqresə müraciət edərək Kubanı “terroru maliyyələşdirən ölkələr” siyahısından çıxarmağı tövsiyə edib.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev açıqlama yayıb.
“Kuba barədə kəşfiyyat məlumatlarının diqqətlə araşdırılmasından, həmçinin Kuba hökumətinin təminatlarından sonra dövlət katibi bu qənaətə gəlib ki, Kuba özünün terrorizmə sponsorluq edən ölkələr siyahısından çıxması üçün bütün öhdəliklərini yerinə yetirib”, – deyə açıqlamada bildirilir.
ABŞ hökumətinin bu addımı Kuba tərəfinin tələbi ilə baş tutub. Obamanın tövsiyəsinin Konqres tərəfindən dəstəklənməsi uzun illərdən bəri pozulmuş diplomatik münasibətləri yenidən bərpa edə bilər. Konqresin 45 gün ərzində müvafiq qərar verməsi gözlənilir.
Kuba ABŞ-ın “terrorçu dövlətlər” siyahısına 1982-ci ildə düşüb. Bu il aprelin 11-də Panamada B.Obama və Raul Kastronun təkbətək görüşündən sonra münasibətlərdə istiləşmənin başladığı deyilir.
-
Region22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək
-
Qarabağ 20:20Nazir Xankəndidə tələbələrlə yallı getdi, tonqaldan tullandı - VİDEO
-
İnanc20:12Bu gün ikinci Qədr gecəsidir
-
Sosial19:50Daha bir tiktoker saxlanıldı
-
Sosial18:24Azərbaycanda üç kəndin adı dəyişdirilə bilər - Təklif hazırlandı

































