ABŞ İranın dəniz ticarətini dayandırdı - Tramp isə dialoqdan danışır
Bizi izləyin

Dünya

ABŞ İranın dəniz ticarətini dayandırdı - Tramp isə dialoqdan danışır

ABŞ İranın dəniz ticarətini dayandırdı - Tramp isə dialoqdan danışır

ABŞ prezidenti Donald Tramp İranla müharibənin dayandırılması üzrə danışıqların bu həftə yenidən başlaya biləcəyini desə də, ABŞ ordusu İranın dəniz yolu ilə daxil olan və çıxan ticarətini tamamilə dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ və İran rəsmiləri arasında danışıqlar növbəti iki gün ərzində Pakistanda bərpa oluna bilər.

Pakistan, İran və Körfəz ölkələrinin rəsmiləri də bildiriblər ki, ABŞ və İranın danışıqlar heyətləri bu həftənin sonuna qədər Pakistana qayıda bilər. Lakin iranlı yüksək vəzifəli bir mənbə konkret tarix təyin olunmadığını deyib.

Nikbin bəyanatlara baxmayaraq, ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokada çərçivəsində daha çox gəmi geri qaytarılır. Bunlara ABŞ sanksiyalarına məruz qalan və Çinə məxsus “Rich Starry” tanker gəmisi də daxildir.

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib ki, Amerika qüvvələri İranın dəniz yolu ilə daxil olan və çıxan bütün iqtisadi ticarətini tamamilə dayandırıb. Onun sözlərinə görə, bu ticarət İran iqtisadiyyatının 90 faizini təşkil edir.

“Blokada tətbiq olunandan sonra 36 saatdan az müddətdə ABŞ qüvvələri İranın dəniz yolu ilə bütün iqtisadi ticarətini dayandırıb”, - Kuper “X” platformasında yazıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm