Dünya
"Yunanıstan Avrozonada qalacaq"
Yunanıstanın maliyyə naziri Yanis Varufakis Vaşinqtonda
jurnalistlərə verdiyi müsahibədə ölkəsinin avrozonada qalacağını
vurğulayıb.
Nazir Yunanıstanın beynəlxalq kreditorlarla “ədalətli saziş”
imzalanacağına inamını ifadə edib. Eyni zamanda məmur kreditorların
ölkədə sərt iqtisadi islahatlarla bağlı tələblərini tənqid edib və
ölkə iqtisadiyyatına zərər gətirə biləcək islahatlara imza
atmayacağını söyləyib. Yeni 7,2 milyard avro dəyərində maliyyə
yardımını almaq məqsədilə Yunanıstan kreditorlar tərəfindən qəbul
edilmiş iqtisadi islahatları yerinə yetirməlidir. Ölkə hökuməti
aprelin 24-də Riqada keçiriləcək Avroqrupun maliyyə nazirləri ilə
görüşündə razılığa gələcəyinə ümid edir.
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...