Erməni nazirdən ordu ilə bağlı ŞOK ETİRAF
Bizi izləyin

Dünya

Erməni nazirdən ordu ilə bağlı ŞOK ETİRAF

2003-cü ildən bu yana 10 mindən çox gənc hərbi xidmətdən yayınmaq üçün Ermənistandan qaçıb.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın diaspora naziri Qranuş Akobyan açıqlama verib. Onun sözlərinə görə, hərbi xidmətə yararlı 27 yaşa qədər 10 mindən çox gənc ölkədən qaçaraq 12 ildən çoxdur ki, başqa-başqa ölkələrdə yaşayırlar.

Nazir onlar barəsində qaldırılmış cinayət işinin ləğv edilməsini təklif edib. "Yalnız bundan sonra hərbi xidmətə yaralı gənclər Ermənistana qayıda bilər", - Akobyan əlavə edib.

Rəsmi statistikaya görə, 2003-cü ildən orduda xidmət etməmək üçün ölkədən qaçan gənclərdən 2013-cü ildə cəmi 950 nəfəri geri qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm