Dünya
Rusiya güclüdür, yoxsa ABŞ? – RƏQƏMLƏR
“Vladimir Putin hakimiyyətdə olduğu 15 il ərzində Rusiya Federasiyasının ordusu daha da güclənib”.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri yazıb.
Nəşrin yazdığına görə, Rusiya 766 min hərbçidən ibarət nizami orduya və 2,5 milyon ehtiyat qüvvəyə malikdir. Rusiya ehtiyat qüvvəsinə görə Çin, Hindistan və ABŞ-ı üstələyir. Rusiya, ABŞ və Böyük Britaniyanın hərbi güclərini müqayisə edən nəşr qeyd edir ki, Rusiya ordusu tanklar, özüyeriyən artilleriya və reaktiv yaylım atəş sistemlərinin sayına görə ABŞ və Britaniyanı qabaqlayır.
Nəşrin məlumatına görə, Rusiya 15 min 398 tanka sahibdir və bu ABŞ-ın müvafiq göstəricisini iki, Böyük Britaniyanı isə 37 dəfə üstələyir. Rusiya ordusunun özüyeriyən artilleriya sistemlərinin sayı ABŞ-dan üç, Böyük Britaniyadan 67 dəfə çoxdur. Nəhayət, Rusiya ordusunda 3793 reaktiv yaylım atəş sistemi var. Bu ABŞ-dan üç, Böyük Britaniyadan isə 90 dəfə çoxdur.
Bütün bu göstəricilərə baxmayaraq, Rusiya müasir hərbi texnologiyar baxımından ABŞ və bir sıra Qərb ölkələrindən geri qalır. Rusiya 2008-ci ildən sonra buraxılmış müdafiə komplekslərinin müasirləşdirilməsinə böyük vəsait xərcləyir. Moskva dünya maliyyə böhranına baxmayaraq, 2009-cu ildə hərbi xərcləri üç dəfə artırıb və bu göstərici artmaqda davam edir.
ABŞ-ın “International business times” nəşri həmçinin qeyd edir ki, Putinin hakimiyyəti dövründə ordunun möhkəmləndirilməsi ilə Qafqazda vəziyyəti sabitləşdirmək mümkün olub.
Ömər Dağlı
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto








.jpg)




.jpg)


















