Dünyanın gözlədiyi seçkilərin ilkin nəticələri açıqlandı
Bizi izləyin

Dünya

Dünyanın gözlədiyi seçkilərin ilkin nəticələri açıqlandı

İngiltərə parlamentinin şağ qanadı olan Avam Kamerasına dünən keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, BBC, ITN və Sky kanallarının birgə dərc etdiyi “exit-poll”un nəticələrinə görə, baş nazir Devid Kameronun liderlik etdiyi Mühafizəkarlar Partiyasi 650 yerlik Avam Kamerasında 316 mandat qazanacaq.

Ed Milibandın lideri olduğu İşçi Partiyasının 239, Nikola Stercenin liderlik etdiyi Şotlandiya Milli Partiyasının 58, iqtidarın ortağı Nik Kleqqin rəhbəri olduğu Liberal Demokratlar Partiyasının 10, Nigel Farajın liderlik etdiyi Birləşmiş Krallıq Müstəqillik Partiyasının 2, digər siyasi partiyaların isə 25 yer qazanacağı gözlənilir.

Bununla da, 2010-cu il keçirilən seçkilərdə 307 yer qazanan Mühafizəkarlar Partiyası daha 9 mandat qazanıb. Ötən seçkilərdə 258 millət vəkili ilə parlamentdə təmsil olunan müxalifətdəki İşçi Partiyası isə 19 yer itirib. “Exit-poll”un nəticələrinə görə, Liberal Demokratlar Partiyasının uğursuzluğu diqqət çəkir. Beş il əvvəl 57 millət vəkili ilə koalisiya ortağı olan partiya bu seçkilərdə 47 mandat itirib. Son seçkilərdə 6 millət vəkili çıxaran Şotlandiya Milli Partiyası isə 58 yer qazanaraq böyük uğur qazanıb.

Ölkədə bir siyasi partiya təkbaşına iqtidar qurması üçün parlamentdəki 650 yerin ən azı 326-nı qazanmalıdır. Seçkinin nəticələri “exit-poll”un nəticələri ilə üst-üstə düşərsə, növbəti koalisiya hökuməti qurula bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm