Dünya
Öcalanın qardaşı qızı Dəniz Baykalın köməkçisi olacaq
Türkiyə Böyük Millət Məclisinin yeni heyəti sabah keçiriləcək andiçmə mərasimi ilə işinə başlayacaq.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclası ən yaşlı millət vəkili olan Cümhuriyyət Xalq Partiyasının (CHP) antalyalı millət vəkili Dəniz Baykal idarə edəcək.
Ən gənc 6 millət vəkili isə müvəqqəti katib kimi Başqanlıq Divanında Dəniz Baykalın köməkçisi olacaq. Onlardan biri də PKK terror təşkilatının İmralı həbsxanasında cəza çəkən lideri Abdullah Öcalanın qardaşı qızı Dilək Öcalandır. Dilek Öcalan Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili seçilib.
Türkiyə parlamenti andiçmə günündə ən üzün iclasını keçirəcək. 550 millət vəkili tək-tək kürsüyə çıxaraq türk dilində millət vəkili andını oxuyacaq. Hər millət vəkili andiçmə üçün 1 dəqiqə sərf etdiyini nəzərə alsaq, iclas təxminən 10 saat davam edəcək.
Andiçmə mərasimindən sonra parlament sədrliyinə namizədlərin müraciəti üçün 5 günlük fasilə olacaq. Beş günlük fasilədən sonra parlament sədrliyinə seçkilərin ilk turu keçiriləcək.
Ömər Dağlı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi
-
ABŞ02:12Tramp ABŞ Kosmik Qüvvələrinin formasını nümayiş etdirdi - FOTO













.jpg)












.jpg)



.png)




